BİLBORD
Bilbord reklamı insanlara birbaşa təsir etmə imkanları ilə diqqəti cəlb edir. Çünki statik olan bu reklam lövhələrini televiziya və ya radio reklamı kimi bağlamaq və ya kanalı çevirmək mümkün deyil. Bilbord reklamında reklam lövhələrinin yanından keçən hər kəs reklamı bütöv görür və həftənin 7 günü, günün 24 saatı reklamçıya xidmət edir. Beləliklə qısa müddətdə reklam strategiyalarının məqsədinə çatmağa imkan verir.


















































